Bank Of Baku

Goranboyda iki bacı tüstüdən zəhərlənib

Goranboyda iki bacı tüstüdən zəhərlənib
# 13 yanvar 2025 11:45 (UTC +04:00)

Goranboyda iki bacı tüstüdən zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri - 2009-cu il təvəllüdlü Z.S. və bacısı 2013-cü il təvəllüdlü G.S. odun peçinin tüstüsundən zəhərləniblər. Onlar Goranboy rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 12-də saat 20:30-da 2009 və 2012-ci il təvəllüdlü (qadın cinsli) şəxslər zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hər iki şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Məryəm Surxay

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR