Bank Of Baku

Goranboyda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Goranboyda iki maşın toqquşub, xəsarət alan var - FOTO
# 15 yanvar 2025 18:27 (UTC +04:00)

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosonun məlumatına görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda, Meşəli kəndi ərazisində qeydə alınıb. Borsunlu kənd sakini 1992-ci il təvəllüdlü Aqşin Rüstəmovun idarə etdiyi “Shacman” markalı yük maşını ilə Xocalı rayon sakini 2002-ci il təvəllüdlü Tacir Rəcəbovun idarə etdiyi “VAZ 21015” markalı minik maşını toqquşub. Minik maşını yolunun kənarına aşıb, sürücüsü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR