Bank Of Baku

Goranboyda mağazada yanğın olub

Goranboyda mağazada yanğın olub
# 09 yanvar 2025 01:08 (UTC +04:00)

Goranboyda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nadirkənd kəndində qeydə alınıb.

Kənd sakini Tahirə Səfərovaya məxsus mağazada anidən yanğın olub.

Dərhal əraziyə FHN yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb,yaxınlıqdakı tikilər yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR