Bank Of Baku

Goranboyda maşın arakəsməyə çırpılıb, xəsarət alanlar var - FOTO

Goranboyda maşın arakəsməyə çırpılıb, xəsarət alanlar var - FOTO
# 28 iyul 2026 14:02 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 1966-cı il təvəllüdlü Yusif Əşrəfov və 1966-cı il təvəllüdlü C.Quliyeva xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzaya düşən avtomobilin sürücüsü 44 günlük Vətən müharibəsinin şəhidi Məhəmməd Əşrəfovun atasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR