Bank Of Baku

Goranboyda yük və minik avtomobilləri toqquşub

Goranboyda yük və minik avtomobilləri toqquşub
# 11 iyul 2025 00:28 (UTC +04:00)

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü O.Yusifovun idarə etdiyi "DAF" markalı yük avtomobili ilə Göygöl rayon sakini, 2005-ci il təvəllüdlü S.Süleymanovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, yük avtomobilindən düşən metal borulardan biri yolun mərkəzində yerləşən bir ədəd işıq dirəyinə ziyan vurub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR