Bank Of Baku

Göyçayda avtomobil kanala aşıb - FOTO

Göyçayda avtomobil kanala aşıb - FOTO
# 25 aprel 2023 15:11 (UTC +04:00)

Göyçayda avtomobil su kanalına düşüb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun İnçə kəndində qeydə alınıb. Cəbrayıl rayon sakini, 34 yaşlı Məmmədalıyev Ziya Aftandil oğlunun idarə etdiyi “KİA” markalı minik maşını kənd ərazisindəki körpüdən keçərkən idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq su kanalına aşıb.

Avtomobildə olan sürücü və 2 nəfər sərnişin ətrafdakı insanların köməyi ilə sudan çıxarılıb.

Hazırda avtomobilin sudan çıxarılması istiqamətində zəruri işlər davam etdirilir.

Fakt araşdırılır.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR