Bank Of Baku

Göyçayda ev yanıb, sahibi xəsarət alıb - YENİLƏNİB

Göyçayda ev yanıb, sahibi xəsarət alıb - YENİLƏNİB
# 14 iyul 2023 20:54 (UTC +04:00)

Göyçay şəhərində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 6 otaqlı evdə yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan talvarın altında dayanan “ВАЗ” markalı minik avtomobilinin salonu yanıb.

"Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Talvar, avtomobilin qalan hissəsi və yaxınlıqda olan ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

***

Saat 18:58

Göyçay rayonunda ev yanıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Göyçayda yerləşən iki mərtəbəli evdə qeydə alınıb. Hadisə zamanı evlə yanaşı içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı ev sahibi Göyçay sakini 1949-cu il təvəllüdlü Mamedov Oktay Mamed oğlu yanıq xəsarətləri alıb. Hadisə yerinə Göyçay rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının işçiləri cəlb olunub, vətəndaşa tibbi yardım göstərilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR