Göyçayda fermada fəhlə işləyən şəxs qəflətən dünyasını dəyişib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb. Məlumata görə, rayonun Ləkçılpaq kənd sakini, 1966-cı il təvəllüdlü Şahlar Dadaşovun nahar vaxtı anidən halı pisləşib və qəfil keçinib. İlkin ehtimala görə, o, ürək tutmasından vəfat edib.
İlham Əhmədov