Bank Of Baku

Göygöldə 84 yaşlı qadını itlər parçalayaraq öldürüb

Göygöldə 84 yaşlı qadını itlər parçalayaraq öldürüb
# 30 dekabr 2022 13:47 (UTC +04:00)

Göygöl rayonunda yaşlı qadın itlərin hücumuna məruz qalıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xasabağı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1938-ci il təvəllüdlü Gülayə Allahverdiyeva qəbiristanlığa gedən zaman itlər onu parçalayıb. Məlumata görə, qadın qəbiristanlığa yaxınlarının məzarını ziyarət etməyə gedirmiş. Bu zaman sahibsiz itlər ona hücum edərək ağır xəsarətlər yetiriblər.

Yaşlı qadın xəstəxanaya aparılıb, onun öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR