Göygöldə baş verən qəzada ölən 5 nəfərin adları məlum olub.
APA-nın yerli bürosu xəbər verir ki, qəzada ölənlər "VAZ-2107"nin sürücüsü, 1994-cü il təvəllüdlü Hümbətov Orxan, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Hümbətova Sona, sürücünün övladı 2020-ci il təvəllüdlü İbrahim və sərnişinlər - 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu və 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızıdır.
Ölənlərdən birinin şəxsiyyəti müəyyən edilməyib.
***
00.44
Yük avtomobili ilə "VAZ-2107"-in toqquşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.
Ölənlərdən biri azyaşlıdır.
***
23.55
Yük avtomobili ilə "VAZ-2107"-in toqquşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.
***
23.43
Yük avtomobili ilə "VAZ-2107"-in toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.
***
23.21
Yük avtomobili ilə "VAZ-2107"in toqquşması nəticəsində 2 nəfər ölüb.
Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.
***
23.14
Göygöldə ağır yol qəzası baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "VAZ-2107" ilə toqquşub.
Qəza zamanı 5 nəfərin xəsarət aldığı bildirilir.