Bank Of Baku

Göygöldə bir-birinə bitişik 4 ev yanıb

Göygöldə bir-birinə bitişik 4 ev yanıb
# 07 aprel 2026 09:03 (UTC +04:00)

Göygöl şəhərində yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, bir-birinə bitişik 4 evdə qəfl yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı 4 nəfərə məxsus ümumi sahəsi 500 kvadratmetrə yaxın olan 4 bitişik evlərin 350 kvadratmetri yanıb. Qısa müddət ərzində yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Evlərin qalan hissəsi və bitişik digər tikililər yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Yanğın nəticəsində 1950-ci il təvəllüdlü S.Məmmədovanın xəsarət aldığı bildirilir. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən ona yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR