Bank Of Baku

Göygöldə fermada yanğın olub, xəsarət alan var

Göygöldə fermada yanğın olub, xəsarət alan var
# 07 mart 2026 10:46 (UTC +04:00)

Göygöldə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində fermada yanğınla bağlı əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. Yanğın zamanı fermada çalışan bir nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Araşdırma aparılır.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, martın 7-də saat 11:00 radələrində 1975-ci il təvəllüdlü şəxs (kişi) xəstəxanasının Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Üzün və əlin üçüncü dərəcəli yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR