Göygöldə itkin düşən yeniyetmə tapılıb.
Bu barədə DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib. Onun sözlərinə görə, 2006-cı il təvəllüdlü Həsən Ələsgərli Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhərində tapılaraq ailəsinə təhvil verilib
***
10:41
Göygöldə 16 yaşlı oğlan itkin düşüb.
APA xəbər verir ki, Çaykənd kəndində yaşayan 2006-cı il təvəllüdlü Həsən Ələsgərli sentybarın 21-də təhsil aldığı Kəlbəcər rayon 58 saylı məktəbdən dərsdən çıxıb və evə gəlməyib.
Faktla bağlı araşdırma aparılır.
Səlcuq Elçin
Fuad Nazimoğlu