Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnə uçub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Milli Yaylaq Festivalının keçirildiyi Xan Yurdu adlanan ərazidə qeydə alınıb. Səhnənin uçması nəticəsində 1998-ci il təvəllüdlü A. Oruci, 1997-ci il təvəllüdlü V. Məmmədov və daha bir neçə nəfər xəsarət alıb.
Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb edilib. Polis əməkdaşları ərazidə xəsarət alanların təxliyə olunması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində xidmət aparır.