Göygöldə ölümlə nəticələn ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Hərəkətdə olan yük maşını “QAZ-53” ilə “VAZ-2107” markalı minik maşını toqquşub.
Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.