Bank Of Baku

Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb - FOTO

Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb - FOTO
# 07 sentyabr 2026 19:14 (UTC +04:00)

Bölgələrdə güclü külək bir sıra fəsadlara səbəb olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, küləyin təsiri nəticəsində Bərdə və Tərtər rayonlarında iri gövdəli ağaclar aşıb.

Ağacların aşması nəticəsində Bərdədə bir neçə evin dam örtüyünə ziyan dəyib.

Həmçinin ağacların yola aşması nəticəsində işıqlandırma dirəklərinə və elektrik naqillərinə zərər dəyib.

Güclü külək Ağdam rayonunun bir sıra kənd və qəsəbələrində də elektrik enerjisinin verilməsində fasilələr yaradıb.

Hazırda yaranmış fəsadların aradan qaldırılması və elektrik enerjisinin verilişinin bərpası istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR