Hacıqabulda narkokuryerlik edənlər saxlanılıb

Hacıqabulda narkokuryerlik edənlər saxlanılıb
# 20 aprel 2024 08:08 (UTC +04:00)

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb .

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar. Həmin şəxslərdən çəkisi 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.

Araşdırmalar zamanı R.Həsənovun və E.Manafovun narkokuryerlik etdikləri, onlardan aşkarlanan narkotikləri qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR