Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" markalı avtomobil yoldan çıxaraq dəmir səddə çırpılıb və aşıb. Nəticədə avtomobildə olan Bakı sakinləri, 1972-ci təvəllüdlü Xurşudova Səadət Bəylər qızı və 1991-ci il təvəllüdlü Quliyeva Fatimə Qəzənfər qızı ağır xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.