Bank Of Baku

Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alanlar var

Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alanlar var
# 20 iyul 2023 22:06 (UTC +04:00)

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Padarçöl kəndində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə Sabirabad rayon sakinləri, Rəhimov Həsən Arif oğlu, 2000-ci il təvəllüdlü Abdullazadə Rəşid Rəşad oğlu, 2005-ci il təvəllüdlü Gülməmmədov Amin Vasif oğlu və Nurlan Abdullayev Seymur oğlu müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər ağır yaralı Sabirabad sakini, 2003-cü il təvəllüdlü Quliyev Fərhad Ədalət oğlu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR