Bank Of Baku

Hazırlıq kursundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hazırlıq kursundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 28 aprel 2023 08:41 (UTC +04:00)

Ağcabədidə hazırlıq kursundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb


Ağcabədi Rayon Polis Şöbəsinə fevral ayında rayondakı hazırlıq kursunun yerləşdiyi binadan oğurluq edilməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar olunub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Nihad Hüseynov saxlanılıb.

N.Hüseynov oradan noutbuklar və proyektor aparatı oğurlamaqla 3500 manat dəyərində ziyan vurub. Oğurlanan əşyalar maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR