Bank Of Baku

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun məhkəməsində ittiham aktı elan olunub

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun məhkəməsində ittiham aktı elan olunub
# 06 iyul 2026 21:31 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib.

Vüqar Məmmədov ittihamla özünü təqsirli bilməyib və onun sərbəst ifadəsi dinlənilib.

Müdafiə tərəfi Vuqar Məmmədov barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim etsələr də, məhkəmə vəsatəti təmin etməyib.

Növbəti baxış iclası iyulun 27-nə təyin edilib.

Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR