İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərində qeydə alınıb.
"Tavria" və "Lada Priora" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay rayon sakinləri, 1971-ci il təvəllüdlü Osmanov Vidadi Bəxtiyar oğlu, 1955-ci il təvəllüdlü Salmanova Ofeliya Şərafəddin qızı, İsmayıllı sakini Salmanov Kamil Rəşid oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.