Bank Of Baku

İki yaşlı oğlunu bıçaqlayan şəxsə 14 il 6 ay həbs cəzası verilib

İki yaşlı oğlunu bıçaqlayan şəxsə 14 il 6 ay həbs cəzası verilib
# 12 aprel 2023 16:24 (UTC +04:00)

Bakıda iki yaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Saqi Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Saqi Kərimov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 23-də Səbail rayon ərazisində qeydə alınıb. Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən xəsarətlər yetirib, sonra özünün boğaz nahiyəsinə bıçaqla zərbə vurub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR