İmişlidə Araz çayına aşan avtomobildə 82 yaşlı sürücü ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində baş verib.
Cəbrayıl sakini, 1941-ci il təvəllüdlü Şahverdiyev Vəli idarə etdiyi "VAZ 2106" markalı avtomobil Araz çayına aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.