İmişlidə avtomobil piyadanı vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının İmişli şəhəri ərazisindən keçən hissəsində baş verib. Beyləqan sakini, Nofərov Polad Əli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Qaradonlu kənd sakini, 1997-ci il təvəllüdlü Kamran Musayevi vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Piyada xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.