Bank Of Baku

İmişlidə qadın oğurlanıb, 3 nəfər tutulub

İmişlidə qadın oğurlanıb, 3 nəfər tutulub
# 04 fevral 2025 10:05 (UTC +04:00)

İmişlidə qadını oğurlayan şəxslər Salyanda saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb, əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Əldə olunan məlumata görə, maşın polis tərəfindən saxlanılandan sonra araşdırma zamanı məlum olub ki, qadını evlənmək məqdədi ilə zorla qaçırılıb. Ailəsinə elçi düşsəlır də, ailə bu evliliyə razı olmayıb.

Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR