İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən obyektdə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən bildirilib.
Emin Şirvanzadə
***
13.04
İmişlidə ticarət obyektində yanğın baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərində vətəndaşlara məxsus ticarət obyektlərinin sırasında qeydə alınıb.
Bir obyektdə başlayan alov digər bir neçə obyektə keçib.
Yanğının söndürülməsinə FHN-nin qüvvələri cəlb olunub.