Bank Of Baku

İranın dron zərbələri nəticəsində Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTO

İranın dron zərbələri nəticəsində Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTO
# 05 mart 2026 13:23 (UTC +04:00)

İranın Naxçıvan aeroportuna dron zərbələri nəticəsində uçuş-eniş zolağına da zərər dəyib.

APA-nın Naxçıvan müxbiri xəbər verir ki, dronun qalıqları hava limanının uçuş-eniş zolağına düşüb, bir neçə yerdə asfalt örtüyü zədələyib.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qeyd edək ki, İran bu gün dronla Naxçıvana zərbələr endirib.

Dronlardan biri aeroportun terminalına, daha bir neçə dron isə digər yerlərə düşüb.

Bir dron Şəkərabad kənd məktəbinin yaxınlığına təsadüf edib.

Dron zərbəsi nəticəsində terminal binasına ziddi zərər dəyib, dağıntılar qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR