Bank Of Baku

İranla sərhəddən 2 kq zinət əşyası keçirməyə cəhd edən şəxs tutulub - FOTO - VİDEO

İranla sərhəddən 2 kq zinət əşyası keçirməyə cəhd edən şəxs tutulub - FOTO  - VİDEO
# 26 dekabr 2022 13:18 (UTC +04:00)

Dekabr ayının 24-də saat 02:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 1 (bir) nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

DSX-dan APA-ya verilən məlumata görə, həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu təqib olunaraq saxlanılıb. Saxlanılan şəxsin Yardımlı rayonu­nun Avaş kənd sakini 1989-cu il təvəllüdlü Babayev Taryel Səfər oğlu olması müəyyənləşdirilib.

Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 kiloqram 300 qram qızıla bənzər zinət əşyaları aşkar oluna­raq götürülüb.

Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR