Fövqəladə Hallar Nazirliyi İsmayıllıda baş verən yanğın barədə məlumat yayıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, İsmayıllı şəhərində ümumi sahəsi 200 m² olan birmərtəbəli dördotaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə, yaxınlıqda ümumi sahəsi 200 m² olan birmərtəbəli dördotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə, bitişik ümumi sahəsi 30 m² olan tikilinin (təsərrüfat mallarının satışı mağazası kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və bitişik ümumi sahəsi 80 m² olan tikilinin yanar konstruksiyaları yanıb. Evlərin qalan hissəsi və digər bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
13.28
İsmayıllı şəhərində yanğın olub.
APA-nın Şirvan bürosu xəbər verir ki, yanğın 2 ev, 1 mağaza və bir anbarı əhatə edib.
Yanğının qarşısını almaq üçüb əraziyə FHN-in qüvvələri cəlb olunub.
FHN-dən APA-ya verilən məlumata görə, şəhərin Cavanşir küçəsində baş verən yanğın havanın küləkli olmasına baxmayaraq yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.