Bank Of Baku

İsmayıllıda avtomobil 2 qadını vurub, biri ölüb

İsmayıllıda avtomobil 2 qadını vurub, biri ölüb
# 09 noyabr 2022 12:33 (UTC +04:00)

İsmayıllıda avtomobil iki piyadanı vurub.

DİN-dən APA-ya verilən məlumata görə, noyabrın 7-də saat 22 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində Qurbanəfəndi kənd sakini D.Ələsgərov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ləman Dadaşovanı və D.Hacıyevanı vurub.

Nəticədə piyada L.Dadaşova hadisə yerində ölüb, D.Hacıyeva isə xəstəxanaya yerləşdirilib.

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR