Bank Of Baku

İsmayıllıda qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb

İsmayıllıda qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb
# 17 iyul 2023 15:38 (UTC +04:00)

İyulun 17-si saat 14 radələrində İsmayıllı rayonun Təzəkənd kəndi ərazisində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İsmayıllı rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, ilkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Etibar Bədəlovun arvadı Aytən Bədəlovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Etibar Bədəlov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Fakta görə İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR