Bank Of Baku

İsmayıllıda qonşular arasında dava olub

İsmayıllıda qonşular arasında dava olub
# 12 aprel 2023 20:17 (UTC +04:00)

İsmayıllıda qonşular arasında dava baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllı rayonunun Uştal kəndində qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun İvanovka kənd sakinləri - 1972-ci il təvəllüdlü Qurbanov Etibar və oğlu, 1994-cu il təvəllüdlü Qurbanov Hicran və həmkəndliləri - 1986-ci il təvəllüdlü Qasımov Raqib İlyas oğlu arasında mübahisə baş verib. Mübahisə nəticəsində onlar bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər. Yaralananlar rayon mərkəzi xəstəxanasına çatdırıblıb. Hadisənin torpaq üstündə olduğu bildirilir.

Faktla bağlı da İsmayıllı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR