Bank Of Baku

İsmayıllıda yol qəzasında ölənlərin sayı artıb - YENİLƏNİB

İsmayıllıda yol qəzasında ölənlərin sayı artıb - YENİLƏNİB
# 26 dekabr 2022 01:16 (UTC +04:00)

İsmayıllı-Qəbələ avtomobil yolunda baş verən qəzada xəsarət alanlardan daha biri dünyasını dəyişib.

APA xəbər verir ki, ağır xəsarət alan BMW markalı avtomobilin sürücüsü xəstəxanada keçinib.

***

18.54

Bu gün saat 15:30 radələrində İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW" və “Honda” markalı avtomobillər toqquşub.

DİN - in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, nəticədə sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev aldığı xəsarətlərdən xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR