Bank Of Baku

İsmayıllının İvanovka kəndində intihar hadisəsi baş verib

İsmayıllının İvanovka kəndində intihar hadisəsi baş verib
# 23 aprel 2023 16:47 (UTC +04:00)

İsmayıllı rayonunun İvanovka kəndində intihar hadisəsi baş verib.

APA -nin Şirvan bürosu xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Kamran Adil oğlu bu gün günortadan sonra yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq həyatına son qoyub.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumatlara əsasən onun özünə qəsd etməsinin səbəbi maddi problemlərdir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR