Bank Of Baku

İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb

İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb
# 18 yanvar 2025 19:30 (UTC +04:00)

İspaniyada kanatın qırılması nəticəsində onlarla insan yaralanıb.

APA-nın İspaniya mediasına istinadən məlumatına görə, hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsiləsində yerləşən Astun xizək kurortunda baş verib.

Dövlət telekanalı hadisə nəticəsində 80-ə yaxın insanın kanatda sıxışıb qaldığını bildirib.

Məlumata görə, qəza nəticəsində ən azı 30 nəfər yaralanıb. Onlardan 9-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisənin səbəbi hazırda məlum deyil.


İspaniyanın Baş naziri Pedro Sançes “qəza xəbərindən şoka düşdüyünü" deyib: "Yaralılara və onların ailələrinə bütün səbrimizi bildiririk".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR