Bank Of Baku

İyulun 21-də ölkə ərazisində axtarışda olan 127 nəfər saxlanılıb

İyulun 21-də ölkə ərazisində axtarışda olan 127 nəfər saxlanılıb
# 22 iyul 2023 09:56 (UTC +04:00)

İyulun 21-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 127, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR