Fevralın 1-də saat 06:26 radələrində Bibiheybət yolu ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə piyada vurma ilə bağlı çağırış daxil olub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Məlumata görə, dərhal hadisə yerinə 1 təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində bir nəfər qadın (55 yaş) kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Ona zəruri tibbi xidmətlər göstərilib.
Hazırda Təcili yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır.
***
07.37
Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Bayıl qəsəbəsində, "Jurnalistlər binası"nın qarşısından keçən yolda qeydə alınıb.
Yük maşını yolu keçən piyadanı vurub. Əraziyə polis əməkdaşları cəlb edilib.
Aləmdə Nəsib
Elşən Yəhyayev