Rusiyanın Kalmıkiya Respublikasında avtomobil qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində TIR sürücüsü - Salyan rayonun Aşağı Kürkəndi kənd sakini 50 yaşlı İsmayılov Vüqar Firudin oğlu ölüb.
Onun cənazəsi TIR-ın mənsub olduğu Türkiyə şirkətinin təşkilatçılığı ilə Salyana gətirilərək dəfn olunacaq.