Kəlbəcərin Ermənistan tərəfindən işğalını əks etdirən videomaterial məhkəmədə nümayiş olunub

Kəlbəcərin Ermənistan tərəfindən işğalını əks etdirən videomaterial məhkəmədə nümayiş olunub
# 08 may 2025 15:59 (UTC +04:00)

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasını əks etdirən videomaterial nümayiş etdirilib.

APA xəbər verir ki, videomaterial Ermənistan silahlı qüvvələrinin mövqelənmələri barədə danışması ilə başlayır.

Monte Melkonyanın Kəlbəcərə yönəlmiş planları

Kadrlarda Monte Melkonyan erməni hərbçilərdən bir neçə dəfə təkrar soruşur ki, “bu gün nə etmişik?”, “bu gün indi haradayıq?”, “dünən haradaydıq, nə etdik?” Hərbçi cavab olaraq hazırda Kəlbəcərdən 20 kilometr məsafədə olduqlarını bildirir. Videogörüntülərdə danışan Monte Melkonyan deyir ki, onlar Ağdərənin qərb hissəsindən, Ağdaban istiqamətindən hərəkətə başladılar, indi Kəlbəcərə çatıblar.

“Kəlbəcəri Ermənistana birləşdirməklə bütün Qarabağ Ermənistana birləşəcək, Ermənistana çox yollar açılacaq. Ümid edirəm azərilər (azərbaycanlılar – red.) başa düşəcək və qəbul edəcək ki, hər şey bitdi,” deyə videomaterialda “Avo” ləqəbli Monte Melkonyan bildirir.

Azərbaycanlıların müqaviməti və Laçın yolu

Kadrlarda, həmçinin Monte Melkonyan azərbaycanlıların güclü müqavimət göstərib-göstərmədiyi barədə suala cavabında bildirir ki, “Bəli möhkəm xətt idi. Biz Laçın yolunu kəsib bura gəldik. Hər bir erməni başa düşsün ki, bu işdə onun iştirakı çox vacibdir. Bu ərazilər 1988-ci ildə qəbul edildiyi kimi Ermənistana birləşəcək”.

Ermənistanın hərbi təcavüzü və cinayətlərə aid məhkəmə iddiaları

Videomaterialda danışan Monte Melkonyan döyüş zamanı təxminən 70 nəfər azərbaycanlının öldürüldüyünü deyir. Kadrlarda qətlə yetirilmiş azərbaycanlıların meyitləri göstərilir. Görüntülərdə Ermənistan qoşunlarının Kəlbəcərə və ətraf kəndlərə girdiyi də nümayiş etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR