Bank Of Baku

Kürdəmirdə bir nəfər vağzaldakı işıq dirəyinə çıxaraq intihara cəhd edib - YENİLƏNİB

Kürdəmirdə bir nəfər vağzaldakı işıq dirəyinə çıxaraq intihara cəhd edib - YENİLƏNİB
# 27 iyul 2023 09:08 (UTC +04:00)

Kürdəmir rayonu, Dəmiryol vağzalında bir nəfər intihar etmək məqsədilə işıq dirəyinə çıxıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, 1965-ci il təvəllüdlü Zahir Zeynalov hündürlüyü 15 metr olan işıq dirəyinə çıxaraq intihara cəhd edib. Bunu görən ətrafdakı vətəndaşlar FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.

Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və xilasetmə kəndirinin köməyi ilə yüksəklikdən endiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR