Kürdəmirdə baş verən qəzada xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun xəsarət alan Kürdəmir rayon sakinlərinin siyahısını təqdim edir:
- 1962-ci il təvəllüdlü Mübariz Özbək oğlu Məmmədov
- 1962-ci il təvəllüdlü Nizamət Dədəxan oğlu Məmmədov
- 1992-ci il təvəllüdlü Aygün Yusif qızı Əliyeva
- Aygün Yusif qızı Əliyeva onun övladları: 2013-cü il təvəllüdlü Fəxri Taleh oğlu Əliyev
- 2020-ci il təvəllüdlü Elif Taleh qızı Əliyeva.
***
10:30
Kürdəmirdə 5 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.
İki "VAZ-2107" markalı minik maşını toqquşub.
Nəticədə 5 nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.