Bank Of Baku

Laçının Sus kəndində çoban minaya düşüb - YENİLƏNİB

Laçının Sus kəndində çoban minaya düşüb - YENİLƏNİB
# 12 aprel 2023 15:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçın rayonunda mina hadisəsinin baş verməsi barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 12-də Laçın rayonu ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

"Mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb", - məlumatda deyilir.

***

14:54

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR