Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən xəbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə edilməsi, saxlaması və daşımasında şübhəli bilinən Lənkəran rayon sakini Faiq Hüseynov saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin, metadon və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234 (narkotik dövriyyəsi) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Faiq Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.