Bank Of Baku

Lənkəranda 12 yaşlı qız yıxılaraq ölüb

Lənkəranda 12 yaşlı qız yıxılaraq ölüb
# 11 avqust 2023 15:07 (UTC +04:00)

Lənkəranda bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış binasında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ləman Elnur qızı İsmayılova evdə qardaşı ilə oynayarkən divandan yıxılıb və boynu sınıb. Aldığı xəsarətlərdən L.İsmayılova hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR