Lənkəranda 68 yaşlı kişi çimərlikdə ölüb.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində "Beluqa" çimərliyində ölən şəxsin 1955-ci il təvəllüdlü Surxay Əkbər oğlu Əliyev olduğu müəyyən edilib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
09.45
Lənkəranda dəniz kənarında bir nəfər dünyasını dəyişib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində "Beluqa" çimərliyində qeydə alınlb.
Ölən şəxsin yaşlı kişi olduğu deyilir. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.