Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə bu gün səhər Lənkəran şəhəri ərazisində qeydə alınıb.
1997-ci il təvəllüdlü Kamal Cavadzadənin idarə etdiyi avtobus velosipedçini - Lənkəran rayon sakini 1969-cu il təvəllüdlü İsa Babayevi vurub. Velosipedçi ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.