Lənkəranda minik avtomobili yanıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın yeni Ələt-Astara magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qazax rayon Aşağı Salahlı kənd sakini, 1987-ci il təvəllüdlü Natiq Vəli oğlu Mehdiyevə məxsus "Khazar" markalı avtomobil naməlum səbəbdən yanıb. Sürücü mühərrikin anidən alışdığını bildirib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.