Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.
Cil kənd sakini 1984-cü il təvəllüdlü Ə.Tağıyevin idarə etdiyi "Opel Astra" markalı maşın idarəetməni itirərək yol kənarında kiçik ticarətlə məşğul olan Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab Şərifovu vuraraq yaxınlıqdakı kanala atıb.
Avtompbil daha sonra ağaca çırpılıb.
T.Şərifov kanaldan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb, həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.