Bank Of Baku

Lənkəranda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb - FOTO

Lənkəranda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb  - FOTO
# 14 iyul 2023 19:59 (UTC +04:00)

Lənkəranda 56 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. 1967-ci il təvəllüdlü kənd sakini Rövşən Dədəxan oğlu Yüzbaşıyev balıq tutmaq məqsədi ilə əlində olan qırmağı kanala atmaq istəyib. Bu zaman onun qırmağı yüksək gərginlikli elektrik xəttinə toxunub. Onu elektrik cərəyanı vurub və hadisə yerində ölüb.

Qeyd edək ki, kanalın yaxınlığından yüksək gərginlikli elektrik xətti keçir və elektrik xətlərinin yerlə məsafəsi azdır.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR